MKT İstehsalat Kommersiya (MKT Cotton)

Gözətçi patrul (Sabirabad-Mərkəzi anbar)

Sabirabad, Azərbaycan

27.03.23


Qeyd

  • Filialın daxilində bütün neqativ halların qarşısını almaq (münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s.);
  • Nəzarət buraxılış məntəqəsindən keçən şəxslərin yoxlanması;
  • Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatının həyata keçirilməsi;
  • Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişinin məhdudlaşdırılması;
  • Qıfılların, qapıların, möhürlərin, gözətçinin texniki avadanlığının vəziyyətinin yoxlanılması;
  • Obyektə (təhlükəsizlik dərəcəsindən asılı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarını yoxlaması;
  • Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində gözətlənməsi;
  • Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatının aparılması;
  • Hadisələrə qarşı diqqətli davranmaq;
  • Obyekti gəzərək, göstərilən təlimatların təşkilini aparmaq;
  • Geyim qaydasına riayət etmək.


Əlavə məlumat:

 

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Növbəli qrafik;
  • İş yeri: MKT İK MMC, Mərkəzi anbar (Sabirabad);
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Gözətçi patrul (Sabirabad-Mərkəzi anbar)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 10.04.23

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar Elanlar